Natavan Həbibi 20 may, 1981-ci ildə anadan olub. 1999-cu ildən W-TRIO qrupunda fəaliyyət göstərib, 2006-cı ildən isə Solo ifaya başlayıb. Ali təhsillidir, İlk solo mahnısı ''Mən Səni İtirsəm" olub. Ilk klipi də məhz bu mahnıya çəkilib. ''Ulduzlar yandı'' mahnısına İtaliyada çəkdirdiyi klipi ilə daha böyük uğur qazandı və ilk albomu da bu mahnının adı ilə bağli oldu. Sevimli müğənnimiz öz mahnıları ilə geniş auditoriya toplaya bilmişdir. Öz dəsti-xətti ilə seçilən Natavan Həbibi daha sonra "Sadəcə bulud", Moskvada isə "Ehtiyacım var","Etirazım var" mahnılarına da maraqlı kliplər çəkdirib. Yaradıcılığında qarşılaşdığı bütün maneələri asanlıqla ötüb keçən müğənni səhnədə özünü aparıcı kimi sınadı və bu da böyük sevgi ilə qarşılandı. Qatıldığı müsabiqələrdə nüfuzundan və gücündən asılı olmayaraq çoxlarının üzərində möhtəşəm və unudulmayan qələbələr qazandı. Yaradıcılığında daim yeniliklərə imza atan, uğurları ilə onu sevənləri sevindirən, bir çox dillərdə oxumağı bacaran Natavan Həbibi ərəb dilində "Habibi" və "Ehsas jdid" mahnılarını ifa edib. Onu da qeyd edək ki, "Habibi" mahnısı dünya şöhrətli, tanınmış produsser Maks Fadeev ilə iş birliyi zamanı ərsəyə gəlmişdir. Geyimi, ifasi, gözəlliyi ilə hamını özünə heyran edən sevimlimiz bir çox brendlərin siması seçılib. "Grand", "Mətbuatın Dostu", "Best of the Best", "İlin estrada müğənnisi" və bu kimi bir neçə mükafatlara laiq görülüb. Adı çəkilən proyektlərlə yanaşı Natavan Həbibi daha bir uğurlu işə imza atmağı bacarıb. Özünü aktrisa kimi de sınadı. "Ayrılıq imiş" adlı filmdə baş rol alaraq "Nərmin" adlı gənc bir qızın obrazını böyük ustalıqla canlandırdı. Özünün gənc olmasına baxmayaraq, səhnəyə ilk addımlarını atan digər gənc tərəf müqabillərinə başqalarından fərqli olaraq daim böyük dəstək olur. 2011-ci ilin iyun ayında isə Türkdilli xalqların qatıldığı festivalda - "Türkçevizyon 2011"də ıştirak etmək üçün Türkiyəyə yola düşüb, Azərbaycan bayrağını yüksəklərə qaldırıb mükafatlara, diplomlara laiq görülərək böyük fərəh hissi ilə vətəninə qayıdıb. Yeni mahnılar üzərində işləyən Natavan Həbibi "Ayrılmarıq" mahnısına klip çəkdirməyi planlaşdırıb... Bol-bol şans və uğurlar arzusu ilə ...