Суббота, 14.06.2025, 05:23
Приветствую Вас Гость | RSS
 
ElmirWorld
Главная | | Регистрация | Вход
Меню сайта

Категории раздела
Турецкие клипы [20]
Русские клипы [15]
Азербайджанские клипы [26]
Иностранные клипы [14]
ElmirWorld [15]

Мини-чат

Наш опрос
Оцените мой сайт
Всего ответов: 15

Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Форма входа

Главная » 2012 » Май » 10 » Aygun Kazimova
14:45
Aygun Kazimova
Aygün Kazımova 1971-ci il yanvar ayının 26-da anadan olmuşdur. Azərbaycan pop musiqisi tarixində ən parlaq ulduzlardan biridir. Onun albomları Azərbaycanda böyük tirajla satılır. İlk dəfə professional səhnəyə 1988-ci il "Bakı Payızı" yarışmasında çıxmışdır.

Elə ilk qran prini də orada qazanmışdır. 1989-cu ildə Yurmalada keçirilmiş beynəlxalq konkursda, 1992-ci ildə "Asiya dausı", 1996-cı ildə İstanbulda keçirilmiş beynəlxalq yarışmanın laureatı olmuşdur. 2000-ci ildə üç nominasiya üzrə Qrand mükafatına layiq görülmüşdür: İlin müğənnisi; İlin konserti – "Aygün bir gün"; İlin hit mahnısı - "Gecələr". 2001-ci ildə yenidən üç nominasiya üzrə Qrand mükafatına layıq görülmüşdür: İlin müğənnisi; İlin hit mahnısı –"Я и ты"; İlin konserti – "Я девушка восточнaя". İndiyə kimi 10-a yaxın solo konserti olmuşdur. Bunlardan 1999-cu ildə "Ayqun Bir Gun", 2000-ci ildə "Я девушка восточная", 2001-ci ildə "Qeyri adi şou", 2006-cı ildə Moskvada möhtəşəm yubiley konsertini qeyd etmək olar. İndiyə kimi 15 diski işıq üzü görmüşdür. 2001-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2009-cu ildə isə Azərbaycan Respublikasının xalq artisti adlarına layiq görülüb. Onun sevimli müəllimləri Vaqif Gərayzadə, Eldar Mansurov, Cavanşir Quliyev olub.

Aygün Kazımova Azərbaycandan kənar konsertlər də verir. Onlardan ən məşhuru 2006-da Moskvada Dövlət Kreml sarayında təşkil olunan konsertdir. Bundan savayı, Kazımova Azərbaycanda yetim uşaqlar üçün xeyriyyə konsertləri də təşkil edir.

2005-ci ildə Aygün Kazımova rejissor Arif Qaziyevin "Xarı bülbüllər" musiqili filmində baş rolda çəkilib.

Hazırda "Best Model of Azerbaijan" müsabiqəsinin rəhbəridir.

Ailə həyatı

Xalq artisti Aygün Kazımova 1989-cu ildə ailəsindən xəbərsiz İlqar adlı sevdiyi oğlana qoşulub qaçıb. Lakin A.Kazımova sonradan İlqardan ayrılsa da, bu ayrılıq rəsmiləşməyib. Bunun ardınca xalq artisti keçmiş spiker Rəsul Quliyevin qardaşı oğlu Rza Quliyevlə qeyri-rəsmi birgə yaşayıb. Məhz R.Quliyevin qadağalarına görə, həmin müddətdə A.Kazımova sənətdən ayrı düşüb. Sonradan R.Quliyevdən də ayrılan xalq artisti nəhayət, beş il əvvəl – 2004-cü ildə rəsmi evliliyə də son qoyub.

A.Kazımovanın ilk evliliyindən İlqarə adında bir qızı var. Hazırda isə xalq artisti meyxana ustası Namiq Qaraçuxurlu ilə birlikdədir.

                                         Aygün Kazımova Düşün Məni

                                         Aygün Kazımova - Sessiz Sinema

                                      Aygun Kazimova ft. Miri Yusif - PETROL

                                  Aygun Kazimova ft. Gokhan Erol - Bir gecelik

                          Aygun Kazimova - Men Aygunem

                                  Aygun Kazimova - Yene tek

                                Aygun Kazimova SON SOZ

                            Namiq ft Aygun - Baglaniram

                                Aygun Kazimova "Siqara"

                                    Aygun Kazimova - Opsen

                               Aygun kazimova Indi sensiz

                           Aygun Kazimova - Seklimi cek

                          Aygun Kazimova Depresyondayim

                                 Aygun kazimova SEVDIM

                                    Aygun Kazimova - Ya i ti

Категория: Азербайджанские клипы | Просмотров: 845 | Добавил: Elmirworld | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Поиск

Календарь
«  Май 2012  »
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Архив записей

Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz


  • Copyright MyCorp © 2025

    Бесплатный конструктор сайтовuCoz